Haqqımızda

“IMA Energy” şirkəti 2006-cı il tarixində Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun şəkildə qeydiyyata alınaraq təşkilati-hüquqi struktur baxımdan Məhdud Məsuliyyətli Cəmiyyəti formasında yaradılmışdır. Şirkətin yaradılmasının əsas məqsədlərindən biri Respublikamızın elektrik dizayn sənayəsinə yeni məcrada peşəkarlıq və innovativlik gətirmək olmuşdur. “IMA Energy” şirkəti 01.11.2019-cu il tarixindən etibarən təşkilati-hüquqi forma baxımdan Qapalı Səhmdar Cəmiyyəti (QSC) kimi fəaliyyətini davam etdirməkdədir. Cəmiyyətin Təşkilati-hüquqi forması ilə bağlı həyata keçirilmiş sözügedən mütərəqqi addımın əsas səbəbi şirkətin qarşısına qoyduğu fəaliyyət istiqamətlərinin və məqsədlərinin çoxşaxəli olması, müştəri bazasının artması və dolayısı ilə səhmdarların (payçıların) şirkətə investisiya (sərmayə) yatırmaq istəklərinin yaranmasıdır. Belə ki, sağlamlıq, əməyin təhlükəsizliyi ilə bağlı Azərbaycan Respublikasında qüvvədə olan müvafiq qanunvericilik aktlarının tələblərinə uyğun olaraq şirkətin mühəndisləri və texniki sahədə çalışan bütün digər əməkdaşlar riskin qiymətləndirilməsi və baş verə biləcək hər hansı fors-major (fövqəladə) vəziyyətdən sığortalanmaq məqsədilə elektrik enerjisi- tikinti-quraşdırma işləri ilə bağlı müntəzəm olaraq təlimlərə cəlb edilirlər. Davamlı olaraq həyata keçirilən təlim və inkşaf proqramlarına uyğun olaraq təhlükəsizlik qaydalarına əməl olunması, təhlükəsiz iş şəraitinin yaradılması xidmətlərin həyata keçirilməsi zamanı “IMA Energy” QSC olaraq əməl etməli olduğumuz prinsiplərdəndir. Şirkətimiz ölkədə enerji infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması istiqamətində innovativ addım və metodologiyadan istifadə etməklə iri və orta miqyaslı layihələrdə əməliyyat xidmətləri göstərmişdir. “IMA Energy” QSC olaraq tərəfimizdən həyata keçirilən layihələrə, tikinti-quraşdırma və infrastuktur işlərinə verdiyimiz zəmanət də bizi mövcud bazarda rəqiblərimizdən fərqləndirən əsas özəlliklərdən biridir.

Missiyamız

Beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli və müasir tələbləri özündə əks etdirən elekrik infrastrukturu layihələrini vaxtlı-vaxtında həyata keçirməklə, ətraf mühitin mühafizəsini və ekoloji cəhətdən təmiz cəmiyyətin inkşafını təbliğ etmək; Ətraf mühitin mühafizəsini və dayanıqlı inkşaf strategiyasını təşviq edərkən müştəri məmnuniyyətinə əsaslanaraq tərəfimizdən icra olunan tikinti-quraşdırma və enerji infrastruktur layihələri üzrə dizayn və mühəndis məsləhət xidmətlərini təmin etmək.

Hədəflərimiz

XXI əsrin növbəti onilliyinə qədəm qoyduğumuz ərəfədə “IMA Energy” QSC komandası olaraq, iri həcmli layihələrin ərsəyə gətirilməsini, həmçinin yerli bazarla yanaşı, sərhədləri daha da aşaraq xarici bazarda da ən qabaqcıl Azərbaycan Brendi (Made in Azerbaijan) olmağımızı hədəfləyirik.

Direktordan İsmarıc

“IMA Energy” QSC olaraq geridə qoyduğumuz illər ərzində yüksək və davamlı müvəffəqiyyətlər əldə etməyimizə rəvac verən və göstərdikləri əsrarəngiz dəstəkləri ilə bizi yeni-yeni layihələrin, əməkdaşlıqların həyata keçirilməsinə sövq edən korporativ müştərilərimizə və biznes tərəfdaşlarımıza dərin minnətdarlığımı bildirmək istərdim. Bundan sonra da, “IMA Energy” QSC olaraq məhz bizə etimad göstərərək icrasını həyata keçirmək üçün təqdim etdiyiniz layihələr üzrə Sizə yüksək keyfiyyətli xidmət təqdim edəcəyimizdən dərin qürur hissi duymaqdayıq. Bir daha vurğulamaq istərdim ki, elekrik enerji sahəsində yüksək ixtisaslı əməkdaşlardan ibarət işçi heyəti ilə “IMA Energy” QSC olaraq, daima müştəri məmnuniyyətini prioritet hesab etməklə enerji sahəsində layihə, layihə idarəetmə, mühəndislik və təchizat səviyyəsinin artırılması üzrə yüksək səviyyəli, beynəlxalq standartlara cavab verən və tam keyfiyyətli xidməti davamlı inkşaf strategiyasının ayrılmaz tərkib hissəsi hesab edirik. Məhz qarşımıza qoyduğumuz bu fəaliyyət istiqamətləri və prinsiplər nəticəsində Respublikamızda qeyri-neft sektorunun inkşafı, dövlət büdcəsinin neftdən asılılığının minimuma endirilməsi istiqamətində töhfələrimizi verməklə yanaşı, neft sahəsindən gələn kapitalın (sərmayənin) yüksək ixtisaslı, peşəkar kadrlardan ibarət insan kapitalına çevrilməsi istiqamətində də səylə və yorulmadan çalışmaqdayıq. Biz “IMA Energy” QSC olaraq qloballaşan dünyamızda mövcud rəqabətədavamlı əmək bazarında iş qabiliyyətini və əmək məhsuldarlığını artıran, yüksək perspektivlər vəd edən və öyrədici mühitə malik iş şəraitini qoruyub saxlamaq üçün səylə fəaliyyət göstərməkdəyik. Bir daha yekun olaraq, Respublikamızda hal –hazırda elektrik enerjisi layihələrinin icrası, tikinti-quraşdırma işləri sahəsində ən qabaqcıl, yüksək keyfiyyətli və beynəlxalq standartlara dayanıqlı xidmət göstərən Podratçılardan biri olmağımıza səbəb olduğunuz və bu sahədə əvəz olunmaz motivasiya, təkan verdiyiniz üçün hər bir korporativ müştərimizə, biznes tərəfdaşlarımıza və bu yolda bizimlə birgə, çiyin-çiyinə addımlayan əməkdaşlarımıza dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

İntiqam Əliyev